İslamiadanın bağlanış mərasimi belə olacaq

Bir neçə dəqiqədən sonra "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə start veriləcək.

Əməliyyat Komitəsindən verilən məlumata görə, bu dəfə səhnədə vətənimizin dağlarını, meşələrini çayların gözəlliyini əks etdirən səhnələr nümayiş etdiriləcək. Ölkənin bayrağı qaldırıldıqda milli himnin sədaları ətrafa yayılacaq.

Bağlanış mərasimində Gilavar, Şablı vətən, daimi yaddaşda qalan oyunlar nümayiş olunacaq. Daha sonra "Xəzər üzərində nur", "Həmrəylik ruhu", "İslam aləminin atletləri", "Sağol Bakı", "Salam İstanbul" adlı səhnələr göstəriləcək və sonda Birlik konserti nümayiş etdirəcək.

Bağlanış mərasimində 6 məşhur müğənni səhnəyə çıxacaq. Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva, Eldar və Tunzalə Ağayeva öz ifaları ilə tamaşaçılara xoş anlar bəxş edəcəklər.

Bununla da möhtəşəm İslam Oyunlarının bağlanış mərasimi yekunlaşacaq.

Mərasimin direktoru və icraçı direktoru Katrin Uqvu, bədii rəhbər isə Neytan M.Raytdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar