ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

ABŞ-ın Ankardakı səfiri Con Bass Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-i açıqlama yayıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə Vaşinqtona ziyarəti zamanı Türkiyənin ABŞ-dakı səfirliyinin binası qarşısında prezidentimizin mühafizə xidmətinin əməkdaşlarına qarşı hücumu, təcavükar davranışın dipolmatik qaydalara zidd olduğu ABŞ səfirinin diqqətinə çatdırlıb. ABŞ rəsmilərindən bu məsələ ilə bağlı istintaqa başlaması və lazım olan açıqlamanı verməsi səfirdən rəsmi tələb edilib”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, Rəcəb Tayib Ərdoğanın ABŞ-a səfəri zamanı ölkənin Vaşinqtondakı səfirliyinin binası qarşısında Türkiyəyə qarşı olan etnik qrupların nümayəndələrindən ibarət dəstə mühafizə xidmətinin əməkdaşlarına hücum edib. Hücumun qarşısını almaq üçün polis cəhd göstərməyib, sadəcə hadisəni müşahidə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar