"Azərbaycan İranın ən yaxşı qonşusudur" - Ruhani

hesen ruhaniİranla Azərbaycan arasında yaxşı əlaqələr və yaxşı koordinasiya olunmuş qarşılıqlı münasibətlər mövcuddur.

Trend-in məlumatına görə, bunu İranda prezident seçkilərində növbəti dəfə qələbə qazanan Həsən Ruhani Tehranda keçirilən ilk mətbuat konfransında deyib.

İran prezidenti qeyd edib: "Azərbaycan İranın ən yaxşı qonşusudur. İki ölkə arasında münasibətlər İranın 11-ci hökuməti dövründə və Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə yaxşı inkişaf edib".

H.Ruhani əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq və əlaqələr bundan sonra da davam edəcək və İranla Azərbaycan arasında münasibətlər strateji xaraketrlidir.

İranın yeni seçilmiş prezidenti bildirib: "İki ölkə arasındakı münasibətlər artıq ikitərəfli formatı keçmiş, Azərbaycanın iştirakı ilə digər ölkələrlə, o cümlədən 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşlər keçirilmişdi".

H.Ruhanı vurğulayıb ki, bu əməkdaşlıq davam edəcək və növbəti üçtərəfli görüş böyük ehtimalla tezliklə Tehranda keçiriləcək",

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar