“İran buna görə Obamaya minnətdar olmalıdır” - Tramp

İran heç vaxt nüvə silahına malik olmayacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Qüdsdə, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü ərəfəsində bəyan edib.

“İran nüvə proqramı üzrə razılaşmanın şərtlərinə görə əvvəlki administrasiyaya minnətdar olmalıdır. Onlar özləri üçün fantastik qazanc əldə ediblər. Lakin bunun əvəzində bizi təhdid etməyə davam edirlər”, deyə D.Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, o, rəsmi Tehranın mövcudluğunu bütün Yaxın Şərqdə hər yerdə - həm silah tədarükü, həm də hərbçilər qismində görür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar