İsmayıllıda 30 yaşlı qadın intihara cəhd edib

sirkeİsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün İsmayıllı şəhərində qeydə alınıb.

Rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədova Fəxriyyə Gülağa qızı bu gün məhkəmə qərarı ilə həyat yoldaşından boşandıqdan sonra atasının evinə gedərək orada sirkə turşusu içərək özünü zəhərləyib. Ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılan 3 uşaq anası Fəxriyyə Məmmədova ilkin tibbi yardımdan sonra müalicə üçün təcili olaraq Bakı şəhərinə aparılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar