Bərdədə banka məxsus inkassator maşını aşıb

Bərdədə bir nəfərin yüngül xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza rayonun Bakı küçəsi ilə hərəkətdə olan "Kamaz" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə "Niva" yoldan çıxaraq aşıb. Hadisə zamanı yük maşınının sürücüsü yüngül xəsarət alıb.

"Niva" markalı minik maşını "Zamin bank"a məxsus inkassator olub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar