İNGİLTƏRƏDƏ DƏHŞƏTLİ TERROR: 22 ölü, 66 yaralı - + VİDEO - Fotolar

Mançesterdə törədilən terrorun məsuliyyətinin terrorçu İŞİD qruplaşması üzərinə götürüb. “Report” TASSa istinadən xəbər verir ki, bu haqda terrorçu qruplaşma video –çarx yayıb.

İnformasiyaya əsasən, Böyük Mançesterin polis idarəsinin nümayəndəsi İen Hopkins bildirib ki, partlayışı terrorçu-kamikadze təkbaşına törədib. Onun sözlərinə görə, terrorçu hadisə yerində ölüb: “Terrorçu təkbaşına fəaliyyət göstərib. Onun əlaltısının olub-olmaması araşdırılır. Terroru törədən kişi özü ilə birlikdə əldə qayırma partlayıcı qurğu gətirib və onu hadisə yerində işə salıb”.

Qeyd edək ki, mayın 23-də gecə saatlarında Britaniyanın Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 66 nəfər isə yaralanıb.

***

İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Mançester polisinin “Tvitter” səhifəsində bildirilir.

“Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 50-yə yaxın insan yaralanıb”, məlumatda deyilir.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar