Mançesterdə partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir

Mançesterdə stadionda partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

“Partlayışın terrorçu-kamikadzenin tərəfindən törədildiyi ehtimal olunur”, məlumatda deyilir.

İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb. İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konsertində qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar