RAMİL USUBOV 3 MÜSTƏNTİQİ İŞDƏN QOVDU - Yoxlamaların nəticəsi

Yasamal Rayon Polis İdarəsində aparılan yoxlamanın yekunu olaraq istintaq şəbəsinin rəisi Zaur Şirinov və şöbənin müstəntiqləri Seymur Hidayətzadə, Elnur Abdullayev, Cavid Məmmədov işdən azad olunaraq sərəncama göndərilib. Bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Bu barədə istiqlal.az-a polisdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, S.Hidayətzadə deputat Elmira Axundovanın oğlunun adı keçən dələduzluq işini aparan müstəntiq olub.

Bir müddət əvvəl youtube portalında Seymur Hidayətzadənin qalmaqallı audio yazısı çıxmışdır. Məhz bu səs yazısından sonra DİN-də daxili yoxlama aparılmış və Seymur Hidayətzadəyə xidməti uyğunsuzluq barədə cəza verilmiş və barəsində Yasamal Rayon Prokurorluğunda araşdırılma başlanmışdır.

Mənbənin məlumatına görə, 2013-cü ilin iyul ayında onlarla şəxsə qarşı külli miqdarda dələduzluq edən Elnur İbrahimovu Seymur Hidayətzadə polis idarəsindən buraxaraq ölkədən qaçmasına əlverişli şərait yaratmışdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar