NATO-nun sammitində alyansın genişlənməsi müzakirə olunacaq 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşa milli təhlükəsizlik bürosunun başçısı Pavel Solox «Rzeczpospolita» nəşrinə verdiyi müsahibədə bəyan edib ki, NATO-ya üzv dövlətlərin başçılarının mayın 25-də Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq məsələlərdən biri də alyansın genişlənməsi məsələsidir.

Onun sözlərinə görə, belə gündəlik «şərqdən gələn» təhlükə və Rusiyanın «aqressiv siyasəti» ilə diqtə olunur.

«Bizə aid olan məsələlərdə - Rusiyanın «aqressiv siyasəti»nə və «şərqdən gələn» təhlükəyə yönəlik biz, birgə olmalıyıq və NATO-nun genişlənməsi məsələsini qaldırmalıyıq» - deyə, Solox bildirib.

O, həm də qeyd edib ki, NATO yeni üzvlər qəbul etmək məsələsini məqsəddən kənarda qoymur və alyansa yaxın gələcəkdə üzv ola biləcək dövlətlər qismində Çernoqoriyanı, Gürcüstanı və Ukraynanı görür.

«Yaxın namizəd Çernoqoriyadır. Növbədə Gürcüstan gözləyir, sonra Ukrayna gəlir. NATO genişmənmə ideyasının özündən imtina etməyib» - deyə, Polşa milli təhlükəsizlik bürosunun başçısı Pavel Solox əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar