“İslamiadanın açılış və bağlanışına 20 milyon dollar ayrılmışdı” - Nazir

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

O deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək: "Hələlik təqribən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib".

Nazir idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib: "Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma fedrasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik. "Bakı 2015" I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 100 minlə bu 100 min eyni deyil".

***

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirilməsinə 20 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulmuşdu.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar