Ceyms Bond rolunun ifaçısı olmuş Rocer Mur vəfat edib

Məşhur britaniyalı aktyor, ssenarist, prodüser Rocer Mur 89 yaşında İsveçrədə vəfat edib.

Bu barədə "Report" "Evening Standard" nəşrinə istinadən xəbər verir.

Ser Rocer Corc Mur tamaşaçılar arasında daha çox 1973-cü ildən 1985-ci ilə kimi canlandırdığı Ceyms Bond rolu ilə məşhurdur. O, hamıdan çox - 12 il ərzində "Agent 007" rolunu canlandırıb.

R.Mur 1927-ci il oktyabrın 14-də polis və evdar qadının ailəsində anadan olub. O, kino sahəsinə ötən əsrin 40-cı illərin sonlarında gəlib. 17 yaşında ikən "Sezar və Kleopatra" (1945) filmində epizodik olaraq legioner rolunu oynayıb. Aktyora həmçinin "Müqəddəs" serialında canlandırdığı Saymon Templar rolu da məşhurluq qazandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar