Azərbaycanlı gənc qubernator müavini oldu

 

Azərbaycanlı gənc Zaur Darğallı Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadzenin müavini təyin olunub.

Xeber.ge saytının məlumatına görə, Darğallı bu vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri olub.

Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z. Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub.

2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Reqional İnkişaf Aqentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar