Rusiya Azərbaycana ət, süd və bal ixrac etməyə hazırlaşır

İyunun 1-dən etibarən Rusiyanın ət, süd və bal istehsalçıları məhsullarını Azərbaycana ixrac etmək imkanı qazanacaqlar.

“Report” “Interfax”a istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət idarəsi (“Rosselxoznadzor”) və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında razılıq əldə olunub və baytarlıq sertifikatı imzalanıb.

Sənədə əsasən, Rusiya Azərbaycana mal, qoyun, keçi, donuz və quş əti, kolbasa, ət konservi, süd və süd məhsulları, təbii bal və digər arıçılıq məhsulları ixrac edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar