Venesuelada nümayişçilər Uqo Çavesin evini yandırdı! - Tələbələrin ölümünə cavab…

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Venesuelada nümayişçilər Barians ştatının Sabaneta şəhərində Prezident Uqo Çasvesin doğulduğu evi yandırıblar. Xəbəri yerli KİV-r yayıblar.

İlkin məlumata görə, nümayişlər zamanı 19 yaşlı tələbənin öldürülməsinə nümayişçilər belə cavab veriblər. Amma hələlik bu məlumat rəsmi təsdiqini tapmayıb.

Yayılan məlumatlara görə, Venesuelada qarmaqarışıqlıq artıq bir aydır ki, davam edir və nümayişlərin gedişi zamanı ölənlərin sayı 40 nəfəri ötüb.

Nümayiş iştirakçıları ərzaq və dərman qıtlığına, sürətlə artan inflyasiyaya etiraz etməklə bərabər, yeni prezident seçkiləri də tələb edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar