«Biz, buna nail olacağıq» - Tramp İsraillə Fələstin arasında sülh barədə…

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla yaydığı xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, onda İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həll olunacağı barədə əminlik hissi var.

«Mən, sülh tənzimləməsini davam etdirməyə meylli olduğuna görə, İsrailin Baş nazirinə təşəkkür edirəm. O, böyük səylər göstərir - bu, asan deyil. Ancaq məndə belə bir əminlik hissi var ki, sonda biz, buna nail olacağıq» - deyə, ABŞ Prezidenti Yerusəlimdə Baş nazir Netenyahu ilə aparılmış danışıqların nəticələrinə həsr olunmuş mətbuat konfransında bəyan edib.

Ağ evin sahibi onu da qeyd edib ki, Birləşmiş Ştatlar radikalizmə qarşı duran istənilən ölkə ilə işləməyə hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar