"Mançesterdəki terror “müsəlman torpaqları”na..." - İŞİD

“İslam dövləti” qruplaşması Mançesterdəki terror aktını “müsəlman torpaqları”na hücuma görə qisas adlandırıb.

Bu barədə “The Telegraph” nəşri ekstremistlərin “Amaq” agentliyi vasitəsi ilə yaydığı bəyanata istinadən məlumat verir.

“Xilafətin bir döyüşçüsü Mançesterdə səlibçilərin toplaşdığı yerdə partlayıcı qurğunu işə salmağa müvəffəq olub”, - yaraqlıların bəyanatında bildirilir.

Qeyd olunur ki, hücum əvvəlcədən planlaşdırılmışdı.

Bununla belə, ekstremistlər nə terrorçunun fotosunu, nə də onun kimliyini açıqlamayıblar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, terror aktını 23 yaşlı yaraqlı Selam Abidi törədib. Hücum nəticəsində 22 nəfər ölüb, daha 59 nəfər isə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar