ABŞ-ın hərbi büdcəsi 52 milyard dollar arta bilər

ABŞ hökuməti 2018-ci ilin büdcə layihəsini Konqresə təqdim edib. Layihədə müdafiə xərclərinin 10 faiz artırılması nəzərdə tutulur.

Sənədə əsasən, 2017-ci ilin oktyabrın 1-dən başlanacaq növbəti maliyyə ilində Pentaqonun büdcəsi 639 milyard dollar müəyyən olunacaq. Bu, cari ilin büdcəsindən 52 milyard dollar və ya 10% çoxdur. Gələn maliyyə ilinin büdcəsində xaricdə terrora qarşı mübarizə əməliyyatları üçün 65 milyard dollar ayrılması nəzərdə tutulur.

Sənəddə vurğulanır ki, Barak Obamanın prezidentliyi dövründə (2009-2017-ci illər) müdafiə xərclərinin azaldılması ABŞ üçün təhlükəli olub və Donald Tramp administrasiyası bu kəsiri aradan götürmək niyyətindədir.

Donald Tramp ABŞ prezidenti postunu 2017-ci il yanvarın 20-dən tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar