Bəzi ölkələrdə əhalinin qocalması iqtisadiyyata təhlükə yaradır!

pensiya«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin kredit qabliyyətliliyinə yönəlik risklər əhalinin qocalması və pensiya sisteminə artan yükün təsiri səbəbindən yüksəlir. Bu barədə çərşənbə axşamı «Standard & Poor’s» agentliyinin «Suveren reytinqlər» istiqamətinin böyük direktoru Frenk Hill bəyan edib. Xəbəri «Rambler News Service» portalı yayıb.

«Biz görürük ki, Braziliya, Rusiya, Argentina və Ukrayna elə ölkələrdir ki, demoqrafik situasiya nəzərə alınmaqla, onlar bu parametrə (əhalinin qocalmasına - red.) xüsusilə həssasdırlar. Bu dövlətlər artıq qocalmış əhalinin əhəmiyyətli və daim artan faizi ilə üzləşiblər» - deyə, Hill qeyd edib.

Bu amil inkişaf etmiş iqtisadiyyata malik ölkələr, məsələn, İspaniya və Almaniya üçün də əhəmiyyət kəsb edir.

Ukrayna artıq büdcə yükünü azaltmağa başlayıb: «Ukrayna üçün bizim analizdə pensiya sistemində islahatların aparılması istiqamətindəki son təklifləri, o cümlədən, pensiya yaşının qaldırılmasını da nəzərə almışıq. Bu təkliflər hazırda hökumət tərəfindən öyrənilir. Ukrayna bunun üzərində ciddi şəkildə işləyir ki, dövlətin himayə əmsalını aşağı salsın».

Mayın 5-də sabiq maliyyə naziri, strateji layihələr mərkəzi Şurasının sədri Aleksey Kudrin pensiyaçıların sayının 9 faiz (və ya 3,87 milyon nəfər) azaldılmasını təklif edib. Rusiyada pensiya yaşının artırılmasının bir neçə variantı müzakirə olunur. Bununla bərabər, bu mövzu üzrə hələlik prinsipial qərar qəbul olunmayıb.

2015-ci ildə Rusiyada kişilər arasında gözlənilən ömür uzunluğu 66 il, qadınlar arasında 77 il təşkil edib. Bu ölkədə hazırda kişilər 60 yaşında, qadınlar isə 55 yaşında pensiyaya çıxırlar.

Xeyli düşündürücüdür ki, Azərbaycanda əhali arasında orta ömür uzunluğu Rusiyadakından aşağı olsa da, kişilər üçün pensiya yaşı 65 ilə (qadınlar üçün 63 ilə) qaldırıldı. Məgər bu, ölkənin kredit qabiliyyətliliyinə və iqtisadiyyatına mənfi təsir göstərməyəcək?!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar