Venesuelada etiraz aksiyası qurbanlarının sayı 55 nəfərə çatıb

Aprelin əvvəlindən etibarən Nikolas Maduro hökumətinin yürütdüyü siyasətə qarşı keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 55 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuelanın "Universal" portalı yazıb.

Bildirilir ki, təkcə ötən bazar ertəsi 7 nəfər öldürülüb: 6 nəfər Barinas ştatında və 1 nəfər paytaxt Karakasda. Ölənlərin hamısı odlu silah yarası alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar