BMT-nin iki sülhməramlısı Malidə öldürülüb

Malinin şimal-şərqindəki Kidal əyalətində naməlum şəxslərin hücumu nəticəsində BMT-nin iki sülhməramlısı həlak olub.Musavat.com xəbər verir ki, bu barədə Malidə sabitlik yaratmağa çalışan BMT-nin missiyası məlumat verib. Məlumatda bildirilir ki, piyada patrul həyata keçirən mavi dəbilqəlilər Aqelxolk yaşayış məntəqəsindən beş kilometr kənarda pusquya düşüblər. Hücum nəticəsində iki sülhməramlı həlak olub, daha bir nəfər isə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar