Bərdənin baş memarı vəzifəsindən azad olunub

Berde11Bərdə Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

“Report”un Qarabağ bürosunun məlumatına görə, RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Rəşid Salman oğlu Süleymanov tutduğu vəzifədən azad olunub.

RİH-in başçısı Vidadi İsayevin sərəncamı ilə həmin vəzifəyə Toğrul Fəxrəddin oğlu Şadlinski təyin edilib. T.Şadlinski bu vəzifəyə qədər Memarlıq və Tikinti şöbəsində aparıcı-məsləhətçi vəzifəsində calşıb.

Qeyd edək ki, R.Süleymanov səhhətində yaranmış problemlərə görə, öz ərizəsi ilə vəzifəsindən azad olunub. O, 2011-ci ildən bu vəzifədə çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar