SAMİR ŞƏRİFOV LONDONDA İNVESTORLARI ŞOKA SALIB – “Bu ki, bizi qırxmaqdır…”

Dərc olunub: 24/05/2017 - 16:32

-samir-serifov-rufet-aslanli-nezaret-palatasi-samir-şərifov-elman-rüstəmov-maliyyə-nazirliyi-beynəlxalq-bank-dövlət-borcu

Azərbaycan rəsmiləri investorları Beynəlxalq Bankı ləğv etməklə hədəlyib

Azərbaycanın suveren kredit reytinqi aşağı düşəcək

Azərbaycan Beynəlxalq Bankının 3.4 milyard dollarlıq xarici borcunun restrukturizasiyasına dair Londonda ötən gün kreditorlara təklif edilən plan banka borc verənləri şoka salıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
“İnvestorlar olduqca narahatdır ki, onlara Azərbaycanın ən iri bankına verdikləri borcun 20 faizinin silinməsini, qalan hissəsinin isə dövlət istiqrazlarına keçirilməsini təklif edirlər. İnvestorlar bu xəbərdarlıqla qarşılaşıblar ki, əgər onlar planı dəstəkləməsələr bank bağlana bilər. Maliyyə naziri isə bəyan edib ki, kreditor əslində heç vaxt tam suveren qarantiyaya malik olmayıb”-agentlik Londonda keçirilmiş görüşün nəticələrinə əsasən yazır.

Təqdim olunmuş plan investorların üçdə ikisinin səsini qazanarsa qəbul edilmiş sayılacaq. Yəni bankın ümumi xarici borcunun üçdə ikisini vermiş kreditorların bu planı qəbul etməsi mütləqdir. Plan baş tutsa Beynəlxalq Bank restrukturizasiyanı avqustun 24-nə qədər başa çatdırmağı nəzərdə tutur.
“Kreditorlar onların bu cür qırxılmasına görə çox qəzəblidir”-Beynəlxalq Bankın “Landensbank Berlin İnvestment”dəki avrobondları da daxil olmaqla 2.2 milyard dollarlıq borcu idarə edən Luts Rohmayer deyib. “Bu təklif Azərbaycan dövlətinin ödəmək imkanı olduğu halda kreditorların pullarını ödəmək niyyətində olmadığını göstərir. Bu isə Azərbaycan üçün uzunmüddətli maliyyələşməni daha da bahalı edəcək”-Rohmayer əlavə edib.

194327_src

Lutz Rohmeyer

Azərbaycan Beynəlxalq Bankının resturukturizasiya etməyə hazırlaşdığı borcun 1 milyard dolları Dövlət Neft Fonunun banka ilin əvvəllərində yatırdığı depozitdir. “Bloomberg” qeyd edir ki, Dövlət Neft Fondu da bankın özü kimi dövlətin nəzarətində olduğundan bu, banka restrukturizasiya planının qəbul edilməsi üçün lazım olan dəstəyin “hətta investorlarla danışıqlara başlamazdan əvvəl”  az qala üçdə biri deməkdir.
Beynəlxalq Bankın restrukturizasiya planı üzrə məsləhətçi kimi seçdiyi “Lazard Freres”dən Erik Lalo bildirib ki, banka 2.4 milyard dollarlıq borc vermiş kreditorlar ya Beynəlxalq Bankın yeni borc istiqrazlarını seçməlidir. Ya da verdikləri pulun 20 faizindən keçməklə borcun qalan hissəsini daha yuxarı faizlə dövlət istiqrazlarına keçirə bilərlər.
“Bloomberg” bildirir ki, investorlar bu təklifi çox qəzəblə qarsalayıblar və yerlərindən etiraz ediblər: “Bu ki, bizi qırxmaqdır”.

Maliyyə naziri Samir Şərifov isə sakitcə deyib: “Siz bunu qırxılma və ya başqa cür adlandıra bilərsiniz, lakin bu, bizim masa üzərindəki təklifimizdir”.

Agentlik qeyd edir ki, ümumiyyətlə dövlətin qarantiyası ilə alınan borcların restrukturizasiyası yaxşı hal deyil. Beynəlxalq Valyuta Fondunun apardığı araşdırma göstərir ki, borcun restrukturizasiyası maliyyə bazarlarına çıxışın bərpa olunmasına mənfi planda uzunmüddətli və əhəmiyyətli təsir göstərir. Effekt tədricən azalır, ancaq araşdırmaya görə restrukturizasiyadan 6 il keçsə belə əhəmiyyətli təsirini saxlayır. Yəni həmin dövlətin borc alması illərlə çətinləşir, yaxud mümkün olmur.

194324_src

Onsuz da restrukturizasiya planı baş tutsa Azərbaycanın dövlət borcu avtomatik olaraq 2 milyard 340 milyon dollar artmış olacaq ki, bu da ÜDM-in 6 faizidir. Nəticədə Azərbaycanın suveren kredit reytinqi aşağı düşəcək. Hansı ki, artıq aparıcı reytinq agentlikləri bu haqda xəbərdarlıq ediblər. Habelə restrukturizasiya planı açıqlanandan sonra Beynəlxalq Bankın borc istiqrazları bir gündə 18 sent ucuzlaşaraq nominal dəyərinin 82 faizinə satılırdı. Londonda təqdim olunan plandan sonra isə bankın borc sənədləri daha 1 sent itirib.

beynelxalq-bank-bina

“Biz istərdik ki, bu restrukturizasiya planı mümkün qədər tez qəbul edilsin. Əks halda tənzimləyici orqan banka müvəqqəti administrasiya təyin etmək, aktivlərini almaq və ya lisenziyasını ləğv etmək kimi variantlara əl ata bilər”-Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı kreditorları xəbərdar edib.

194333_res_01“Allianz Global İnvestors”dan inkişaf etməkdə olan bazarlarda istiqrazlar üzrə direktor Qreq Saiçin deyir ki, kreditorların bu vəziyyətdə etirazları eşidilməyə bilər. Çünki Beynəlxalq Bankın Dövlət Neft Fondunun və daha bir neçə “dost investorun” dəstəyi hesabına onların səsini boğması ehtimalı var.
Lalo və Şərifov Londonda jurnalistlərə bildirib ki, Dövlət Neft Fondu 1 milyard dollarlıq depozitini Beynəlxalq Bankın 2024-cü ildə ödənilmək şərti ilə buraxacağı yeni borc sənədlərinə dəyişməyə hazırdır.
“Bu olduqca məyusedicidir ki, biz indi qırxılmaq barədə düşünməliyik. Hansı ki, mən bunu gözləmirdim”-Sayçin bildirib. Onun sözlərinə görə, hökumətin imici hesabına borc sahiblərinin ziyana düşməsinə getməyə dəyməzdi. Eləcə də yaranmış vəziyyətə görə bank bazarda daha yuxarı borc faizləri ödəməli olacaq. Hansı ki, hər şeyi başqa cür etmək olardı…


loading...


Fikrinizi bildirin