Roma Papası ilə Donald Tramp nədən danışıblar? - FOTO

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vatikanda Roma Papası ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın görüşü baş tutub. Görüş təxminən, yarım saata yaxın çəkib.

Görüşün məzmunu barədə xəbər verlmir. Yalnız o məlumdur ki, Trampı arvadı Melaniyə və qızı İvanka müşayiət edib.

CNN xəbər verir ki, qəbul səmimi atmosferdə keçib. Papa Melaniyəyə xeyir-dua verib və soruşub ki, onlar Romada şam yeməyinə nə yeyiblər - pistsa? Bu barədə xəbəri mərasimi birbaşa yayımla izləyən jurnalistlər yayıblar.

ABŞ Prezidentinin arvadı və qızı qara geyimdə olublar. Vatikan protokoluna görə, ağ, qırmızı və bənövşəyi rəgli geyim qadağan olunur.

Tramp Sekstin kapellasını və Müqəddəs Pyotr kilsəsini ziyarət edəndən sonra, İtaliya Prezidenti ilə görüşməli idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar