Türkiyə Rusiya ilə bağlı təxribatçı xəbərləri təkzib etdi

Türkiyənin Rusiyaya qarşı yeni ticarət qadağaları tətbiq etməsi barədə KİV-də çıxan xəbərlər həqiqətəuyğun deyil. Avropa.info xəbər verir ki, bu barədə Türkiyə İqtisadiyyat Nazirliyi bəyan edib.

“Rusiya və Türkiyə arasında siyasi və iqtisadi münasibətlərdə pozitiv atmosfer və müsbət addımlara baxmayaraq, bəzi KİV-lər Rusiya kənd təsərrüfatı mallarının idxalına qadağa qoyulması haqda həqiqətəuyğun olmayan məlumatlar dərc edirlər” – nazirliyin bəyanatında belə deyilir.

Nazirlikdən bildiriblər ki, Ankara qadağaların qaldırılmasına dair Moskva ilə imzalanmış müqavilələrə riayət edir.

Qeyd edək ki, dünən mətbuatda Türkiyənin Rusiya taxılının idxalına məhdudiyyətlər gətirməsi haqda xəbərlər getmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar