Bakıda mərasim evləri neçəyədir? – QİYMƏTLƏR

Son dövrlər Bakıda mərasim zalları artmağa başlayıb. Müşahidələr göstərir ki, insanlar yas mərasimləri üçün artıq çadrlara deyil, mərasim zallarına üstünlük verməyə başlayıblar. Bunun isə bir neçə səbəbi var. Birincisi, Bakıda yaşayış binalarının həyətyanı sahələri kiçikdir.

Bu çadrların qurulması isə avtomobillərin saxlanılması və onların hərəkətini məhdudlaşdırırdı. Digər tərəfdən mərasim zalları yas sahibini əlavə işlərdən azad edir. Bu sahədə də daha komfort xidmətlərə ehtiyac yaranıb. Fins.az bunu nəzərə alaraq Bakıda fəaliyyət göstərən mərasim zallarında göstərilən xidmətləri və qiymətləri araşdırıb.

Məlum olub ki, Bakıda mərasim zalları üzrə sadə menyuların qiyməti orta hesabla 9-12 manat təşkil edir. Bu menyuya çay, halva, limon, şirniyyatlar, salat, dovğa və plov daxildir. Qonaqların sayına görə 100-150 nəfərlik zalları sifariş etmək daha bahadır-10-12 manat. 200-300 nəfərlik zalların sifarişi isə adambaşı 9 manata başa gəlir.

Qeyd edək ki, yas sahibinin istəyindən aslı olaraq menyuya meyvə, bozbaş və dolma da əlavə etmək olur. Bu isə əlavə 2-8 manata başa gəlir. Başqa sözlə, ən bahalı menyu adambaşı 14-20 manat təşkil edir.

Bütün mərasim zalları üzrə molla xidmətlərinin qiyməti standart olaraq 50 manat müəyyən edilib.

Yəni, sadə menyu ilə 200 nəfərlik mərasim zalının sifarişi molla xidməti ilə birlikdə 2050 manata, tam menyu ilə isə 2850-4050 manata başa gəlir.

Mərasim zalları üzrə xidmətlər və qiymətlər belədir:

Mərasim zalının adı Qonaq sayı üzrə zallar Qiymətlər
Hicaz mərasim evi 200 nəfərlik –(2 zal) 200 nəfərdən yuxarı-10 AZN

100 nəfərədək- 12 AZN

Mərasim zalı-Əhmədli 200 nəfərlik zal

300 nəfərlik zal

400 nəfərlik zal

300 nəfərə qədər -11 AZN 300-dən yuxarı-10 AZN
Mərasim zalı Binəqədi 200 nəfərlik (2 zal) 200-dək 11 AZN

200-dən yuxarı - endirimli

Şəms mərasim zalı 200 nəfərlik adambaşı 10 AZN
Qızılgül mərasim evi 150-dən 230-dək 150 nəfərədək 11 AZN

150 nəfərdən yuxarı 10 AZN

Təzə Pir Məscidi 50-300 nəfərədək Standart - adambaşı 12 AZN
Zəmzəm 200-300 nəfərlik 12 AZN
Gəncə mərasim evi 200-300 nəfərlik 10 AZN
Vida mərasim zalı 100-350 nəfərlik 250-dək 10 AZN,

250-dən yuxarı 9 AZN

Şəfəq mərasim zalı 130-250 nəfərlik 200 nəfərədək 10 AZN

200 nəfərdən yuxarı 9 AZN

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar