Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Yevlax rayonunun Xanabad kəndində su anbarında çimərkən batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü Bəkirov Aslan Eldəniz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyat saat 18:48-də başa çatıb.

***

Mingəçevir su anbarında bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar