Bakıda 81 saylı avtobus qəza törədib - Ölən var

avtobus qezaAxşam saatlarında Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Naxçıvanski küçəsi, 26 saylı şəhər poliklinikasının yaxınlığında 81 saylı sərnişin avtobusu piyadanı vurub. Hadisə nəticəsində piyada yerindəcə dünyasını dəyişib. Hadisə nəticəsində ölən şəxsin "bomj" olduğu bildirilib.

Hazırda hadisə yerinə yol posi xidməti əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar