"Qalatasaray"ın sabiq baş məşqçisi Dubayda çalışacaq

İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli BƏƏ-nin "Əl-Nəsr" komandasının sükanı arxasına keçib.

"Report"un məlumatına görə, 59 yaşlı mütəxəssisin təqdimat mərasimi mayın 29-da olacaq.

O, Dubay təmsilçisində yeni vəzifədə Dan Petreskunu əvəzləyib. Prandellinin son iş yeri 2016-cı ilin dekabrında tərk etdiyi İspaniya "Valensiya"sı olub.

Əvvəllər italiyalı mütəxəssis İtaliyanın "Roma" və "Fiorentina", həmçinin Türkiyənin "Qalatasaray" klublarında çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar