Ziyad Səmədzadə plagiat qalmaqalı yaşadı - professor institutdan qovuldu

zərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda unikal hadisə baş verib: professor plagiata görə qovulub.Bakupost.az xəbər verir ki, Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi "İqtisadiyyat" qəzetində institututun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib. Lakin məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş.

Oğurluq yazı böyük rezonans doğurub. Çünki təkcə müəlliflik hüquqları pozulmayıb, həm də nəşrin imici zədələnib.

Dünən İqtisadiyyat İnstitutunda məsələ ilə bağlı iclas keçirilib, əməkdaşların hərəkətləri pislənilib və müxtəlif cəzalar təklif edilib.

Nəhayət, hər iki əməkdaş cazəlandırılıb. Plagiat məqalənin müəlliflərindən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən qovulub.

Bu, Azərbaycanda professorun plagiata görə işdən qovulması ilə bağlı ilk hadisədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar