«Kəşfiyyat məlumatlarının sızmasına yol verməyin» - Tereza Mey Trampa…

tereza mey«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın (BB) Baş naziri Tereza Mey Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampa «kəşfiyyat məlumatlarının sızmasına yol verməyin!» çağırışı etmək niyyətindədir. Onun fikrincə, bu məlumatlar konfidensial olaraq, qalmalıdır.

Mançesterdə baş vermiş terror aktı barədə Nyu-York Tayms qəzeti partlayış yerində çəkilmiş fotonu dərc etdikdən sonra, Britaniya ABŞ-la informasiya mübadiləsini dayandırıb.

Mümkündür ki, NATO-nun bün keçirilən sammitində də bu məsələ qaldırılsın - orada antiterror xarakterli məlumatların mübadiləsi mərkəzinin yaradıldığı elan oluna bilər.

Alyansın Baş katibi Yens Stoltenberq ABŞ və Böyük Britaniya arasıqnda yaranmış münaqişəni ətraflı şərh etməkdən boyun qaçırıb və deyib ki, bu, iki tərəfin öz işidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar