"Tramp-ın kürəkəni "FTB-nin nəzarəti altındadır" - ABŞ mətbuatı

Prezident Donald Tramp-ın kürəkəni və baş məsləhətçisi Cared Kuşner Rusiya araşdırması çərçivəsində Federal Təhqiqatlar Bürosunun (FTB) nəzarəti altındadır, ABŞ kütləvi informasiya vasitələri bildirir.

Məlumatlara görə, müstəntiqlər hesab edirlər ki, cənab Kushner müvafiq məlumata sahibdir, lakin bu, onun cinayət əməlində şübhəli olması demək deyil.

FTB Moskvanın 2016-ci ildə baş tutan ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları və Tramp kampaniyası rəsmilərinin Rusiya ilə əlaqələrinin olub-olmamasını araşdırır.

Donald Tramp hər hansı sövdələşməni təkzib edir.

Cənab Kuşnerin vəkili bildirib ki, onun müdafiə etdiyi şəxs istənilən sorğu ilə əməkdaşlıq edəcək.

Prezident Tramp vəziyyəti "Amerika tarixində siyasətçinin ən böyük əcinnə ovu" kimi təsvir edib.

Adları açıqlanmayan ABŞ rəsmiləri NBC News-a deyib ki, 36 yaşlı cənab Kuşnerin FTB nəzarətində olması, onu cinayət şübhəlisi etmir.

Ayrıca, Washington Post bildirib ki, müstəntiqlər cənab Kuşnerin ötən il Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak və

Moskvadan olan bankirlə keçirdiyi görüşlərə xüsusi diqqət yetirir.

Cared Kuşner ABŞ prezidenti Donald Trampın qızı İvanka ilə evlidir

Ötən həftə ədliyyə departamenti keçmiş FTB rəhbəri Robert Müllerin Rusiya təhqiqatına nəzarət üçün xüsusi müşavir kimi təyin olunduğunu bildirib.

Konqres, həmçinin Rusiyanın 2016-cı il seçkilərinə ehtimal edilən müdaxiləsini və Tramp kampaniyası ilə hər hansı bir əlaqəsini araşdırır.

Cənab Kuşner artıq özünün Rusiya ilə əlaqələrini müzakirə etmək üçün Senatın Kəşfiyyat üzrə Komitəsi ilə razılığa gəlib.

Xüsusi araşdırmanın aparılması prezident Trampın ayın əvvəlində ən son FTB direktoru Ceyms Komi vəzifəsindən azad etməsindən sonra tələb edilib.

Ağ Ev cənab Trampın FTB rəhbərindən sabiq milli təhlükəsizlik məsləhətçisi Maykl Flinnin Rusiya ilə əlaqələri barədə araşdırmanı dayandırmasını istəməsi barədə iddialara görə böhrana bürünüb.

Cənab Flinn fevral ayında Rusiyanın ABŞ-dakı səfiri ilə ünsiyyəti barədə yalan dediyi bəlli olduqdan sonra vəzifəsindən istefa verib.

Rusiya dəfələrlə ABŞ prezident seçkilərinə müdaxilə etməsi barədə məlumatları inkar edib (BBC).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar