“Hafka” düzgün klub axtarırmış...

“Bakı”nın prezidenti Hafiz Məmmədov rəsmən İngiltərənin “Şeffild Uensdey” klubunun sahibi olub. Apasport.az Şeffild təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun serbiyalı prezidenti Milan Mandariç Məmmədovla görüşüb.

Klubun rəsmi saytında qeyd olunub ki, Mandariçlə söhbətdən sonra azərbaycanlı iş adamı kluba bütün nəzarəti ələ keçirib. Fransanın “Lans” klubunun da sahibi olan Məmmədov bu haqda bunları deyib: “Son dərəcə şadam və bu gözəl klubu almağa razılaşdığım üçün fəxr edirəm. Mən ingilis futboluna böyük hörmət bəsləyən çılğın azarkeşəm. Bir müddətdir ki, İngiltərədə pul yatıra biləcəyim klub axtarırdım və düzgün klub tapmaq qərarına gəlmişdim. Mən çox iddialı adamam və hiss edirəm ki, “Bayquşlar”ın iddiaları mənim futbol ehtirasımla uyğun gəlir. Arzu edirəm ki, uğur qazanaq və bizim “Azerbaijan Land of Fire” yaxşı təmsil olunsun. Azarkeşlərimizə söz verirəm ki, uğuru gətirmək üçün olduqca çox çalışacağıq”.

“Şeffild Uensdey”in prezidenti Mandariç də bu işbirliyindən məmnun olduğunu söyləyib: “Mən Hafizlə iş birliyi qurduğumuz üçün çox şadam. O, həqiqi futbol adamıdır. Şübhəm yoxdur ki, o bizim 3 il əvvəl “Şeffild Uensdeyi” İngiltərə elitasına qaytarmaq üçün başladığımız işi davam etdirməyə qadirdir. Özümün klubda ilk günündə azarkeşlərə 2 şeyi söz vermişdim. Birincisi, komandanı tərk etdiyim vaxt klub olduğundan daha yaxşı vəziyyətdə olacaq. İkincisi, kluba sahiblik qismində düzgün adam tapacağam. İnanıram ki, hər iki vədi yerinə yetirə bilmişəm”.

Qeyd edək ki, 1867-ci ildə yaradılmış “Şeffild Uensdey” klubu İngiltərənin I dəstəsi sayılan Çempionşipdə mübarizə aparır. Komanda ötən mövsümü XVI pillədə tamamlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar