Gədəbəy sakini qohumunu baltalayıb

1464422336_xbalta.jpg.pagespeed.ic.6t6xvnm_4sGədəbəydə mülk üstündə dava olub, xəsarət alan var.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Pirverdiyev Natiq Bayram oğlu ilə bacısının yoldaşı arasında baş verən dava zamanı yeznəsi onun baş nahiyəsinə balta ilə iki dəfə zərbə endirib. Xəsarət alan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. N . Pirverdiyevin sözlərinə görə, yeznəsi onun evin gələrək mülkün ona məxsus olduğunu deyərək balta ilə xəsarət yetirib.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar