Türkiyə almaniyalı deputatlar qarşısında şərt qoydu

Türkiyə və Almaniya xarici işlər nazirləri almaniyalı millət vəkillərinin İncirlik bazasına giriş məsələsini müzakirə edəcək, amma onların arasında Türkiyədə terrorçuluğu dəstəkləyənlər olmamalıdır.

Trend-in məlumatına görə, bunu NATO sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan vurğulayıb ki, terroru dəstəkləyən millət vəkilləri yaxşı qarşılanmayacaq: “Bununla bağlı, nazirlərimiz danışıqlar aparacaq və lazımi qərar qəbul olunacaq”.

Bir müddət əvvəl Türkiyə hökuməti almaniyalı bir qrup deputatın İncirlik bazasına səfərinin qəbuledilməz olduğunu bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar