"Ermənistanın ballistik raketi Cənubi Qafqaz üçün təhlükədir" - Siyavuş Novruzov

siyavush-novruzovErmənistanın “İsgəndər-M” operativ-taktiki raket kompleksinə malik olması təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa üçün təhlükə mənbəyidir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında səsləndirilib.

Komitənin mayın 27-də Tbilisidə keçirilən iclasında “Ballistik raketdən müdafiə və NATO” adlı məruzə dinlənilib. Baş məruzəçi, kanadalı deputat Jozef A.Day çıxış edərək Şimali Koreya, İran və digər ölkələrdə mövcud olan ballistik raketlərin dünyada təhlükəsizliyə ciddi təhdid olduğunu bildirib və buna qarşı mübarizədən danışıb.

Azərbaycan parlament nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məruzə ətrafındakı çıxışında, daha bir ölkənin – Ermənistanın da ballistik raketlərə malik olduğunu bildirib və bu ölkəyə qarşı tədbirlər görülməsini təklif edib.

S.Novruzov deyib: “Məruzədə ballistik raketlərin beynəlxalq ictimaiyyət üçün törətdiyi təhlükələrin qeyd olunması çox yaxşı haldır. Bilirsiniz ki, Rusiya Ermənistana bir milyard dollarlıq silah verib. Onların sırasında “İsgəndər-M” operativ-taktiki raket kompleksi də vardır. Bu raket kompleksi Cənubi Qafqaz, eləcə də Avropa üçün çox ciddi təhlükə mənbəyidir”.

S.Novruzov, Ermənistan prezidenti Serj Sarkisyanın bu raketlərlə Azərbaycanı vuracağı barədə bəyanatını da diqqətə çatdırıb və komitə rəhbərliyinin, eləcə də məruzəçinin buna münasibətini soruşub.

Məruzəçi belə bir faktı diqqətə çatdırdığına görə, S.Novruzova minnətdarlıq edib və faktın məruzədə əksini tapacağını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar