Jurnalistin işi Avropa Məhkəməsində

Cenubnews internet portalının baş redaktoru Mirələm Həşimovla Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun arasında iki ildir davam edən məhkəmə çəkişməsi ilə bağlı iş Avropa Məhkəməsində icraata götürülüb. Musavat.com-un məlumatına görə, bu barədə jurnalistin vəkili Cavad Cavadov bildirib.

Xatırladaq ki, icra başçısı internet portalında getmiş tənqidi məqalələrlə bağlı baş redaktora qarşı rayon məhkəməsində şərəf, ləyaqət və işgüzar nüfuza ləkə gətirən böhtan xarakterli məlumatların təkzib edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdi. Rayon məhkəməsi də məqalələrə görə üzr istəməklə təkzib vermə vəzifəsini portalın üzərinə qoymuş və dəymiş mənəvi ziyana görə 2000 manatın M.Həşimovdan tutulmasını qət et etmişdi. Həmin qətnamə apelyasiya məhkəməsi tərəfindən mənəvi zərər hissəsi 500 manata endirilməklə dəyişdirilmədən qüvvədə saxlanılmış, sonuncu qətnamə isə Ali Məhkəmə tərəfindən dəyişilmədən qüvvədə saxlanılmışdı.

Jurnalistin vəkili Cavad Cavadov məsələ ilə bağlı bunları deyib: “Biz sona qədər inanırdıq ki, Ali Məhkəmə bu qətnaməni ləğv edəcək. Hətta mən çıxışımda onlara müraciət edib bu işin Avropa Məhkəməsinə getməsinə imkan verilməməsini və ədalətin burdakı məhkəmə zalında bərpa olunmasını istəmişdim. Ölkə daxili vasitələri tükəndirdkdən sonra Avropa Məhkəməsinə müraciət etdik və artıq ərizəmiz qeydiyyata qəbul olunaraq, ona iş nömrəsi verilib. Biz bunu istəməzdik, amma görünür məmurlar və hakimlər bunu şüurlu şəkildə arzu edirlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar