Londonda partlayış təhlükəsi – İnsanlar təxliyyə edilib 

London polisi bomba həyəcanı səbəbindən "Old Week" teatrındakı insanları təxliyyə edib.

Bu barədə “Independent” məlumat yayıb.

Tamaşaçıların sözlərinə əsasən təhlükəsizlik xidmətinin əməkdaşları tamaşa zamanı səhnəyə çıxaraq binada təhlükəli əşyanın ola biləcəyini bildiriblər.

Polisdən verdiyi məlumata görə, telefonla alınan məlumatdan sonra təxliyyə barədə qərar qəbul olunub.

Daha sonra teatr administrasiyası tvitter hesabında binada təhlükəli əşyanın tapılmadığını və izləyicilərə hadisəni anlayışla qarşıladıqlarına görə təşəkkür edib/Qafqazinfo.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar