İraqın Mosul şəhərində qadınların niqab geyinməsinə qadağa qoyulub

İraq hökuməti təhlükəsizlik məqsədi ilə Mosul şəhərində qadınların niqab geyinməsinə qadağa qoyub. APA-nın xəbərinə görə, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Qadağanın İŞİD terrorçularının niqab geyimi altında gizlənmə ehtimalı ilə əlaqədar olaraq tətbiq edilib.

Bundan başqa, saat 18.00-dan etibarən şəhərdə motosikletlə hərəkət etmək qadağan olunub.

Həmçinin, elektron cihazlar mağazalarının sahiblərinə mobil telefon və sim-kart alıcılarının kimliyini qeydə almaq tapşırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar