EYNULLA FƏTULLAYEVİN XÜSUSİ MÜXBİRİ ERMƏNİLƏRDƏN ÜZR İSTƏDİ - Azərbaycanı ittiham edib

2015-ci ildə ailəsi ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana sığınan və bir müddət sonra Eynulla Fətullayevin Haqqin.az saytında xüsusi müxbir kimi işə başlayan Vahan Martirosyan erməni xalqından üzr istəyib.

Ovqat.com saytı xəbər verir ki, erməni hüquq müdafiəçisi və jurnalisti dünən bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb.

Yeni yaranmış RAKİB analitik informasiya mərkəzi isə erməni xəyanətinin səbəbini Martirosyana edilən siyasi başqılarla əsaslandırıb. Analitik mərkəzin müxtəlif mənbələrdə əldə etdiyi məlumatlara əsasən, "Ermənistan-Azərbaycan Sülh Platforması"nın təşkilatçılarından və ilk üzvlərindən biri olan Vahan Martirosyan Ermənistan tərəfindən ciddi təzyiq altındadır: “Bizdəki məlumata əsasən, Martirosyanın məhv edilməsi üçün erməni kriminal avtoritetlər təəbələrinə ciddi əmr veriblər. Yaxın zamanlarda Martirosyanın öldürüldüyü xəbəri mətbuatda yayılardısa, heç də təəccüblü olmayacaqdı. Ən yaxşı ehtimalda Martirosyanı Ermənistan xüsusi xidmət orqanları efirə çıxarıb Bakıda vermiş olduğu bəyanatların əksinə bəyanat verməyə məcbur edəcəklərini gözləyirdik” - RAKİB-in adını çəkilməsini istəməyən əməkdaşı Ovqat.com-a açıqlamasında belə deyib.

Xatırladaq ki, hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə özünün və ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra Vahan Martirosyan öz arzusu ilə üçüncü ölkəyə göndərilmişdi.

Похожее изображение

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar