Goranboyda dolu meyvəçiliyə ciddi ziyan vurub - FOTO - VİDEO

Goranboy rayonuna dolu yağıb. "Report"un qərb bürosu xəbər verir ki, rayonda yağan güclü yağış sonradan doluya çevrilib.

Yerli sakinlər təbiət hadisənin təxminən yarım saata qədər davam etdiyini bildiriblər. Onların sözlərinə görə, yağıntı əsasən kəndlərin meyvə-tərvəz əkilən sahələrinə ziyan vurub.

Hazırda yığımı aparılan gilas, alça, ərik və digər meyvələr dolu nəticəsində zay olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar