Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB

Masallı rayonu, Viləşçay çayında çimərkən batmış 2002-ci il təvəllüdlü Abbasov Şəmsəddin Qəhrəman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri, digər vətəndaşın cəsədi sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəsədlər aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:52-də başa çatıb.

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Viləşçay çayının Masallı rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların axtarışlarına başlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar