BAKIDA DYP ÖZBAŞINALIĞI DAVAM EDİR! - Sürücü öldü! + VİDEO

Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" "Qafqaiznfo"ya istinadla xəbər verir ki, Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin "06" markalı maşını qovması olub.

Hadisə nəticəsində "90-EH-176" dövlət nömrə nişanlı VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralandığı bildirilir.

Qeyd edək ki, qəzaya səbəb olan yol polisi "Hyundai Tucson"la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar