Mançesterdəki terror aktı ilə əlaqəli daha bir nəfər saxlanılıb

Mançesterdəki terror aktının araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb.Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bununla da "Mançester-Arena" stadionunda terror aktı ilə bağlı saxlanılanların sayı 14 nəfərə çatıb, onlardan 2-si buraxılıb, 12 nəfər həbsdə qalır.

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar