“NATO Rusiya üçün təhlükə kəsb etmir” - ABŞ müdafiə naziri

“NATO Rusiya üçün təhlükə kəsb etmir”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis CBS telekanalına müsahibəsində bəyan edib.

“NATO Rusiya üçün təhlükə kəsb etmir. Bunu Moskvada gözəl anlayırlar. Bu gün Rusiyanın gələcəyi Avropa ilə bağlı olmalıdır. Onlar NATO-nu özlərinə əsas təhdid hesab edirlər. Mən bunu başa düşmürəm”, deyə C.Mettis qeyd edib.

Onun sözlərinə görə, Rusiya NATO-ya qarşı strateji rəqib yolunu seçib. ABŞ-ın müdafiə naziri həmçinin bildirib ki, əgər Şimali Koreya ilə müharibə baş versə, bu hamı üçün fəlakət olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar