Dünyanın ən titullu futbolçusu məlum olub

Maksvell PSJ ilə Fransa Liqa kubokunu qazanaraq aktivindəki mükafat sayını bir az da artırıb. Apasport.az saytının məlumatına görə, bu, braziliyalı oyunçunun müxtəlif turnirlərdə qazandığı 37-ci qələbə olub.

35 yaşlı sol cinah müdafiəçisi bununla da dünyanın ən çox kubok qazanan futbolçusu olub.

Futbol karyerasında vətəni Braziliyada – “Kruzeyro”da başlayan Maksvell burada 1 kubok əldə edib.

Daha sonra Avropadakı ilk klubu “Ayaks”da 6 dəfə “qənimət”i başı üzərinə qaldıran “solaxay”, İtaliya “İnter”i ilə də 5 dəfə müxtəlif turnirlərin qalibi olub.

Ardınca “Barselona”ya transfer olan oyunçu kataloniyalılarla 10 dəfə müxtəlif səviyyəli titullar qazanıb.

Hazırda karyerasını davam etdirdiyi PSJ-də isə son olaraq əldə etdiyi Fransa Kuboku ilə birlikdə qazancını 15-ə çatdıran Maksvell dünya rekordunu müəyyənləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar