“Zenit” Mirça Luçesku ilə müqaviləyə xitam verib

luceskuSankt-Peterburqun “Zenit” klubunun rumıniyalı baş məşqçi Mirça Luçesku ilə yollarını ayırması rəsmiləşib.

APA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.

Məlumata görə, “Zenit” Mirça Luçesku ilə müqaviləyə xitam verib. Məşhur futbol məşqçisi “Zenit” lə iki illik müqaviləni ötən ilin mayında imzalamışdı. M.Luçeskunun komandası Rusiya çempionatını 3-cü yerdə tamamlayıb.

Xatırladaq ki, Mirça Luçesku müxtəlif illərdə “İnter” (Milan), “Qalatasaray”, “Beşiktaş” və “Şaxtyor” (Donetsk) kimi klublarda çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar