ABŞ iqlim üzrə Paris sazişindən çıxacaq - Kompromis alınmadı

AzPolitika.info xarici KİV-ə istinadla xəbbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) iqlim üzrə Paris sazişindən çıxmaq niyyətindədir. Bəzi məlumatlara görə, Prezident Donald Tramp bu barədə qərarını gələn həftə elan edəcək.

ABŞ mətbuatının yazdığına görə, Ağ Evin bu planı barədə məlumatlı olanlar arasında ABŞ-ın ətraf mühitin qorunması Agentliyinin rəhbəri də var.

Bundan əvvəl Agentlikdə hesab edirdilər ki, G7 ölkələri liderləri ilə görüşün təsiri altında Tramp bu niyyətindən daşına bilər. Ancaq İtaliyada keçirilən sammit iştirakçıları ABŞ-la iqlim dəyişikliyi problemi üzrə kompromisə nail ola bilmədilər.

Xatırladaq ki, iqlim üzrə sazişdən çıxmaq Trampın seçkiqabağı vədlərindən biri olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar