Trampın kürəkəni «məxfi rabitə kanalı» yaratmağı təklif edib! - Rusiya səfirinə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın kürəkəni və baş köməkçisi Cared Kuşner Rusiyanın ABŞ-dakı səfirinə ölkəsi ilə Suriya məsələsi üzrə «məxfi rabitə kanalı» yaratmağı təklif edib. Söhbət ötən ilin dekabrında olub.

O zaman mətbuat təqdiqləyirdi ki, həmin görüşdə Ağ Evin sahibinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Maykl Flinn də iştirak edib.

Amma mənbələrin məlumatına görə, sonda Trampın komandası hesab edib ki, belə rabitə kanalı lazım deyil - belə ki, ABŞ dövlət katibi postunu Reks Tilleroson tutacaq.

Ağ Evdə həm də hesab ediblər ki, Moskva ilə rəsmi kanallar vasitəsilə əlaqə yaratmaq lazımdır.

Bununla belə, sözügedən «məxfi kanal»ın yaradılmadığı barədə hələlik ortada hər-hansı zəmanət yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar