PUTİNİN UĞURSUZ NATO HƏMLƏSİ - Hiyləgərlik özünü həmişə doğrultmur!

Dərc olunub: 30/05/2017 - 09:49

“Rusiyanın NATO-ya ziyan vurmaq cəhdləri uğursuzluğa düçar olub”

putin

NATO ölkələri rəhbərlərinin Brüsseldəki görüşü avropalıların qorxusunu və amerikanların qəzəbini tam mənası ilə büruzə verdi. Bu görüşü çətin ki, sevgi bayramı adlandırmaq olar, lakin ortadakı fikir ayrılığını mühüm tərəqqiyə kölgə salacaq tərzdə təsəvvür etmək istəyində olanlar da var. Ümumiyyətlə, bu görüşün nəticələri Rusiya üçün uduşlu sayıla bilməz.

Bəli, ABŞ prezidenti Donald Tramp, alyansın müdafiə büdcəsinin ədalətli yük payını çiyinlərinə götürmədikləri və 2014-cü ildəki Uels sammitində qərara alınmış öhdəliyi yerinə yetirmədikləri üçün öz avropalı müttəfiqlərini açıq şəkildə tənqid edib. Həmin sammitdə qərara alınmışdı ki, alyansa üzv ölkələr Ümumi Daxil Məhsullarının 2%-ni müdafiə xərclərinə ayırmalıdırlar.

Bundan başqa, bəzi avropalı liderlərin böyük ümidlərinə baxmayaraq, Tramp, Şimali Atlantika müqaviləsindəki kollektiv müdafiə sistemi ilə əlaqədar – alyansın nizamnaməsinin beşinci bəndinə sadiqlik barəsində açıq bir söz demədi.

Lakin NATO-nun yeni möhtəşəm mənzil qərargahının açılış günündə cənab Tramp prinsipial bəyanatla çıxış edərək bildirib ki, NATO gələcəkdə Rusiyadan və həmçinin də NATO-nun cənub və şərq sərhədlərindən gələ biləcək təhlükələrə xüsusi diqqət yetirməlidir. O, həmçinin deyib: ”ABŞ mürəkkəb vəziyyətlərdə onu dəstəkləyən öz dostları ilə həmişə bir yerdə olacaq”.

Amerika prezidentinin köməkçiləri bildirirlər ki, Trampın Brüsseldəki bəyanatı, müştərək müdafiə ilə bağlı öhdəliklərin ABŞ tərifindən yerinə yetiriləcəyinin təsdiqi oldu. Avropa Biriyinin şura sədri Donald Tusk Trampla görüşündən sonra deyib ki, müttəfiqlər arasında Ukrayna və terrorizmə qarşı mübarizə məsələlərində heç bir fikir ayrılığı yoxdur. Əslində NATO İŞİD-ə qarşı mübarizədə birləşmək istəyir. Beləliklə, bu görüşdə önləyici tədbirlərin alınması və alyansın gələcəyi ilə bağlı müvafiq zəmanət gücləndirildi.

NATO-nun 20-dən artıq üzvü öz Ümimi Daxili Məhsulunun 2%-ni müdafiəyə xərcləyəcəkləri barədə götürdükləri öhdəlikləri yerinə yetirməməklə yanaşı, 2024-cü ilədək bu göstəriciyə çatacaqları ilə bağlı hər hansı bir real qrafik də təqdim etməyiblər. Amma hər halda çox mühüm tərəqqi haqqında danışmağa əsas var.

Almaniya 2017-ci ildə hərbi xərcləri 2 milyard avro artıraraq 37 milyard avroya çatdıracaq. Rumıniya isə müdafiə xərclərini ÜDM-in 2 faizinə kimi yüksəltməyə hazırlaşır. Danimarka və Norveç kimi Skandinaviya ölkələri müdafiə xərclərini artırmaqla beşinci nəsil ”stels” qırıcıları əldə etmək niyyətindədirlər.

Moskvaya qarşı tətbiq olunmuş sanksiyalar qüvvədə qalmaqda davam edir. Digər yandan isə NATO-nun genişlənməkdə davam etməsi mühüm əhəmiyyət kəsb etməkdədir. Böyük etirazlara və təzyiqlərə baxmayaraq, Çernoqoriya alyansa daxil olaraq, 29-cu üzv oldu (Bu ölkənin parlamenti NATO-ya daxil olmaq müqaviləsini parlamentdə ratifikasiya edib).

Yaddan çıxarmaq lazım deyil ki, Rusiya NATO üzvləri arasında əhəmiyyətli parçalanma yaratmaqla, alyansı zəiflədəcəyinə çox böyük ümidlər bəsləyir. Brüssel görüşündən öncə Kremlin xeyli üstünlüyünün olduğu zənn edilirdi.
Uzun illər idi ki, NATO ölkələrinin əksəriyyəti öz müdafiə xərclərini xeyli dərəcədə azaltmışdılar. Bundan başqa vahid siyasət formalaşdırmaq istiqamətində alyans çətinliklərlə üzləşib.

Hazırda Amerikanın təcrübəsiz prezidenti və onun milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavirinin Rusiya ilə şübhəli əlaqələrindən danışılır. Rusiya müəyyən mənada bir sıra siyası və psixoloji vasitələrə və həmçinin də, hibrid müharibəsindən istifadə etmək yoluyla hərbi qorxutma taktikasına ümid edir. Ruslar tərəfindən həm hərbi və həm də psixoloji sahədə istifadə edilən “refleksiv nəzarət” metodu daha çox maraq doğurur. Bu metod 1960-cı illərdə sovet kəşfiyyatçılarının hazırlıq mərhələlərində həyata keçirilməyə başlanılıb. Vaxtilə bunu Dövlət Təhlükəsizlik Komitəsi məktəbində Vladimir Putin də keçib. Həmin metoda əsasən bütün güc yalan, aldatma və dezinformasiyanın köməyi ilə rəqibi çaşdırmağa və onun özünün də bilmədiyi şəkildə əks tərəf üçün yararlı hərəkətlər etməyə yönəldilir.

Amma göründüyü kimi Kremlin ümidləri yanıb külə dönəcək. Hal-hazırda Rusiya ilə əlaqələrlə bağlı təhqiqat aparılır və bu məsələ KİV-lər tərəfindən durmadan analiz edilir. Avropada keçirilən seçkilərə təsir göstərmək üçün rusların hiyləgər cəhdləri arzuolunan nəticələri vermədi. Amma Rusiyanın müdaxiləsi kəskin narahatçılıq yaradıb. Soyuq müharibədən sonra Rusiyaya qarşı heç vaxt bu cür neqativ münasibət bəslənməmişdi. Putin hökumətinin sözü və hərəkətləri çox diqqətlə izlənilir və yoxlanılır, rusiyalıların jestləri isə böyük şübhə ilə qarşılanır. Potensial Rusiya təhlükəsi (bunların içərisində həqiqətən də reall olanları da var) o dəqiqə zərrəbbin altına alınır. Hiyləgərlik özünü həmişə doğrultmur.

(“The Globe and Mail”-Kanada)


loading...


Fikrinizi bildirin